"Müharibə bundan sonra daha şiddətli bir hal alacaq" - POLİTOLOQ ŞƏRH ETDİ
"Kerç körpüsünün tikilməsi qeyri-qanuni idi və Ukrayna bildirmişdir ki, bu qeyri-qanuni tikintini vuracaqlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, hadisənin Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini deyə bilərik: "Amma Rusiyanın tərkibindəki müxtəlif qüvvələrin də bu işdə əlinin olduğu ehtimal olunur. Ona görə də bununla bağlı komissiya yaradılıb və bu komissya bütün məsələlərə aydınlıq gətirməlidir. Bu hadisə baş verdikdən sonra Putin Ukraynaya çox ciddi raket zərbələri endirməyə başladı. Bu raket zərbələrinin əhatə dairəsi Xarkovdan Kiyevə qədər, Lvova qədər, Odessa da daxil olmaqla böyük bir ərazini əhatə edib. Bu raket hücumu mülki əhaliyə tərəf yönləndirildiyi üçün Ukraynaya çox ciddi ziyan dəyib. Amma Qərb bu hadisələri şiddətlə pislədi və Rusiyaya qarşı yeni tədbirlər planı hazırlamağa başladı. Artıq Ukraynana hərbi-kəşfiyyat təyyarələri göndərilib, yardımlar edilib. Hətta Ukraynaya F-15, F-16 təyyarələrinin verilməsi də müzakirə edilməkdədir. Bu günlərdə BMT-nin Baş Assambleyası Rusiyanın bu hərəkətlərini pisləyən qətnamə qabul edib. Həmçinin G7 ölkələri bu günlərdə toplandığı zaman Ukraynaya köməyin perspektivləri müzakirə ediləcək. Zənnimcə, Rusiya bu hərəkətilə, yəni dinc əhalini, infrastrukturları məhv etməsi ilə özünə qarşı yeni qüvvələr yaratmış oldu və hər biri Rusiyaya baş qaldırmaq üzrədir. Düşünürəm ki, müharibə bundan sonra daha şiddətli bir hal alacaq. Rusiyanın Ukrayna ərazisindən çıxarılması daha tez bir şəkildə həyata keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB