Zaporojya AES Rusiyanın mülkiyyətinə keçib - QƏRAR VERİLDİ

Zaporojya Atom Elektrik Stansiyası Rusiyanın mülkiyyətinə keçib. SİA xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiya mülkiyyətinə verilməsi ilə bağlı fərman imzaladığı bildirilib.

Kreml Sarayının saytında dərc olunan Putinin imzaladığı fərmanda Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib. Sərəncamda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.

Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru olan və 5700 meqavat/saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir. Zaporojya Atom Elektrik Stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə