Bolqarıstanla Azərbaycan 7 ilə yaxındır ki, strateji tərəfdaşdır: 2015-ci ildə tərəflər arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. İmzalanmış tərəfdaşlıq sazişi Azərbaycanın Avropa ilə imzaladığı 9 sazişdən biridir. NATO və Aİ fəal üzvü olan Bolqarıstanla Azərbaycan arasında tərəfdaşlığın yeni mərhələsi başlayıb. Bildiyimiz kimi, sentyabr ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində hər iki ölkənin lideri mətbuata birgə bəyanatla çıxış etdilər. Birgə bəyanat zamanı Dövlət başçıları strateji münasibətlərin dəyərləndirməsini etdilər. Çıxışında ölkə başçımızın toxunduğu məqamlardan biri də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru haqqında oldu. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru TAP layihəsinə qoşularaq Bolqarıstana qaz ötürəcək. Bu interkonnektor ikitərəf arasındakı enerji mübadiləsidir. Eyni zamanda Bolqarıstan üçün də bu mühüm layihədir. Belə ki, bu konnektor vasitəsilə qazı Yunanıstan limanlarından Avropanın digər ölkələrinə ötürə biləcək. Məhz buna görə cənab prezidentimiz qeyd etdi ki, bu İnterkonnektor Avropanın enerji xəritəsidir. Bildiyimiz kimi Avropada qaz böhranı yaşanır, qaza olan tələbat artır. Azərbaycan da bir enerji resursu olan ölkə kimi Bolqarıstan da başda olmaqla bir çox Avropa ölkələri üçün kifayət qədər cəlbedici və vacib tərəfdaşa çevrilib. Balkan ölkələri, həmçinin digər Avropa ölkələri Azərbaycan qazında ciddi maraq göstərdiyi aydın şəkildə öz əksini tapır.
Son dövrlər baş verən hadisələr hal-hazırda ümumilikdə bütün dünyanın iqtisadi xəritəsini dəyişməkdədir. Nəticə etibarı ilə Avropada ciddi bir şəkildə həm iqtisadi, həm də enerji xəritəsinin dəyişməsinin şahidi oluruq. İllər ərzində Avropa Birliyi öz qaz və neft təchizatını bir neçə ölkə üzərində qurmuşdu. Artıq Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün bir və ya bir neçə ölkədən deyil, çoxsaylı ölkələrdən neft və qaz tədarükünü təmin etməyi qarşıya məqsəd qoyub. Həmin ölkələrdən biri də Azərbaycandır. Dünya ölkələrinin böyük əksəriyyətinin ya öz öhdəlikləri yerinə yetirə bilməməsi, ya da yerinə yetirmək istəməsi müxtəlif sanksiyalar, embarqolar tətbiq olunması və bunun da siyasi əlaqələrə təsir etməsi kimi halların yaşandığını nəzərə alaraq, Azərbaycanın üzərinə düşən bütün öhdəlikləri fasiləsiz yerinə yetirib. Bildiyimiz kimi, son 20 il ərzində Avropa Birliyi tərəfindən Azərbaycana qarşı bəzi hallarda qərəzli qətnamələr qəbul olunub, təzyiqlər olub, ikili standartlar tətbiq olunub. Amma bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadi məsələni önə çəkərək şantaj ya yaxud manipulyasiya etməyib. Bu isə bugünki gündə bütün dünya ölkələrinin əhəmiyyət verdiyi əsas məsələlərdən biridir.
Məlumdur ki, Azərbaycan həm də orta Asiya üçün önəmli bir koridordur. Ələlxüsus böyük ehtiyatlara malik olan Türkmənistan yataqlarından çıxarılan qazın Avropaya çatdırılmasında alternativsiz seçim Azərbaycandır. Azərbaycan həm logistik, həm tranzit, həm də çəkilən boru xətləri vasitəsilə orta Asiyadan çıxan enerjini Avropaya çatdırmaqda mühüm rola malikdir. Artıq oktyabr ayından Azərbaycan qazı Bolqarıstana çatacaq. Belə bir kritik dövrdə Azərbaycanın Bolqarıstanın enerji ehtiyaclarını qarşılaması əlbəttə ki, Azərbaycanın etimadını və etibarını bir daha doğruldacaqdır. Bu həm də siyasi və strateji münasibətlərə öz təsirini göstərəcəkdir. Strateji əməkdaşlıq haqqında sazişə əsasən dövlətlər belə bir vəziyyətdə qarşılıqlı olaraq bir-birinə dəstək vermək öhdəliyini götürübdür. Tərəfdaşlıq sazişi imzalandıqdan sonra Bolqarıstan Azərbaycan münasibətləri müsbətə doğru irəliləyir.
Rüfət Əhmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB