Ermənistan tərəfindən açılan atəş hərbi qulluqçumuzu yaralayıb

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə