Radikal müxalifətin bütün cəhdləri iflasa uğrayacaq! ŞƏRH

Radikal müxalifətin bütün cəhdləri iflasa uğrayacaq! ŞƏRH

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də radikal müxalif qruplaşma xalqın sağlamlığı və həyatı, dövlətin təhlükəsizliyi böyük sınaq qarşısında olduğu bir reallıqda yenə də dönük və satqın xislətlərinə sadiq qaldılar. Başqa cür ola da bilməzdi. “Pulu verən mahnını sifariş edir” məntiqi ilə hərəkətə gələn, atdıqları hərbi xəyanətkar addımları ilə xalqdan daha da uzaqlaşan və yalquzaq həyatı yaşamağa məhkum olan bu siyasiləşmiş “məxluq”lar əslində tarixin “anti-qəhrəman”ları olaraq özləri özlərinin qəbir qazanına çevrilirlər. Şəxsi ambisiyaları və maraqları naminə milli mənafeləri ayaqlar altına atan antimilli qüvvələr əslində bütün bunları bilərəkdən edirlər. Belə ki, onlar xaricdəki ağalarının yardımı, qrantları və sifarişləri ilə siyasi dialoqa mane olmağa cəhd göstərməklə respublikamızdakı mövcud milli birliyə və siyasi həmrəyliyə zərbə vurmağa çalışırlar. Onların başlıca məqsədi cəmiyyəti xaos və anarxiya girdabına sürükləmək, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Bütün bunlar əbəsdir. Bu radikalların bütün cəhdləri iflasa uğrayacaq, güclü, qüdrətli, qalib Azərbaycan öz yolu ilə inamla irəliləyəcək. Özünü cəmiyyətdən təcrid edən, dövlətə, dövlətçiliyə müxalifətçilik edən bu qüvvələr unutmamalıdırlar ki, həmişə işıq qaranlığa, xeyir isə şərə qalib gəlib…Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür.

Yusibov Suliddin Bəhmən oğlu

Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimaii Birliyinin Tərtər rayon filialının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə