YAP Tərtər rayon təşkilatının əməkdaşları baş gizir Toğrul Nəcəflinin evində olublar FOTOLAR
27 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatının əməkdaşları sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanan Tərtər rayonun Qaradağlı kənd sakini, baş gizir Nəcəfli Toğrul Mehdi oğluna baş çəkərək onun səhhəti ilə maraqlanmışlar. Görüş zamanı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Rəşadətli Azərbaycan Ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşanılan sevinc hisslərindən danışmışdır. Daha sonra yaralı hərbiçimizin problemləri və onları narahat edən məsələlər dinləmişdir. Qeyd edək ki, hərbçimiz Zəngilan istiqamətində yaralanmışdır. Vurğulayaq ki, hərbçimiz idman sahəsində ölkəmizi uğurla təmsil edərək yüksək nəticələr göstərmişdir. Ailənin 3 övladı hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Sonda yaralı hərbçimiz dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir. Allah Müzəffər Ali Baş Komandanımızı və Qalib Azərbaycan Ordusunu qorusun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB