YAP Quba rayon təşkilatında Anım Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

YAP Quba rayon təşkilatında Anım Günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının "Fətəlixan küçəsi, 4" ( ADPU Quba filialı) ərazi partiya təşkilatında Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, ADPU Quba filialının direktoru dosent Yusif Alıyev, "Vətən Naminə" Şəhid ailələrinə dəstək İctimai Birliyin sədri Tünzalə Abduləlimova, Şəhid valideynləri, Şəhid ailələri, 44 günlük müharibə iştirakçıları, filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.Tədbirdən sonra filialda Şəhidlərimizin xatirəsinə verilən ehsan süfrəsi ətrafında söhbətlər aparılıb, ruhlarına dualar oxunub. Vurğulanıb ki, Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur. Xalqımız hər zaman 27 Sentyabr - Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə