“Gərək böyük ölkələrin liderləri ədalətli mövqedə olsunlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“1 dekabrda ABŞ prezidenti Co Baydenin Fransa prezidenti Emmanuel Makronla görüşəcəyi və “ümumi qlobal çağırışlar üzrə” qarşılıqlı fəaliyyət kursunu və hər iki ölkəni maraqlandıran sahələri müzakirə edəcəkləri bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, dünya düzənində baş verən hadisələrin nizamlanması üçün dünya güclərin rəhbərlərinin görüşməsi yaxşı məsələdir: “Gərək böyük ölkələrin liderləri ədalətli mövqedə olsunlar.
Hesab edirəm ki, Co Bayenlə Emmanuel Makronun görüşməsi bizim region üçün müsbət heç nə vəd etmir. Bu ölkələr sülhdən, ədalətdən danışsalar da, reallıqda sülhdən və ədalətdən uzqaqdırlar. Əgər belə olmasaydı, Azərbaycan- Ermənistan münaqişəsi ilə bağlı qəbul olunmuş BMT TŞ-nın dörd qətnaməsinin icrasına ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olaraq ABŞ və Fransa 27 ildə bir töhfə verərdi”.
Deputat sözlərinə belə davam edib: “Məhz ABŞ və Fransanın münaqişənin dondurulmasına xidmət edən siyasəti 30 ildən sonra Azərbaycanı hərb yolu ilə öz ərazilərini işğalçılardan təmizləməsinə vadar etdi. Dünyada baş verən əksər müharibə ocaqları ABŞ və Fransanın iştirakı ilə baş verib. Ona görə də bu ölkələrin rəhbərlərinin görüşündən regionumuzla bağlı müsbət heç nə gözləmirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB