Nankorlara aramızda yer yoxdur! ŞƏRH

Nankorlara aramızda yer yoxdur! ŞƏRH

Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, bu böyük xalqın qəhrəmanları hər zaman olub, bu gün də var və sabah da olacaq! Bunu mən, birinci Qarabağ müharibəsi şəhidi leytenant Şahin Babaxanoğlunun bacısı kimi qürurla deyirəm. Bildirmək istərdim ki, şanlı Azərbaycan ordusunun düşmənə verdiyi layiqli dərs Ermənistana və ermənipərəst dairələrə nökərlik edənləri-Gültəkin Hacıbəyli, Qənimət Zahid, Tural Sadıqlı, Süleyman Süleymanlını və onlara bənzərləri ciddi narahat edib. Ermənistan hərbi təxribatlara başlayan andan bu ünsürlər də canfəşanlıq etməyə başlayıblar. Bu məntiqə gəlmək olur ki, eyni zamanda təxribatların və qarayaxmaların başlaması bunların əlbir olması deməkdir. Onlar yalnız dövlətimizin, xalqımızın deyil, həm də şəhid balalarımızın ruhlarına qarşı hörmətsizlik edirlər. Biz imkan verməməliyik ki, şəhid ailələri və qazilər adından ölkəmizə qarşı xain əməlləri ilə düşmənin dəyirmanına su töksünlər. Hərbçilərimizin şəhid olmasını siyasi müzakirə predmetinə çevirməyin adı isə riyakarlıq və rəzillikdir. Əminliklə deyirəm ki, xəyanətkarlığı, əxlaqsızlığı özünə peşə edən bu xainləri xalqımız yaxşı tanıyır və ikrahla rədd edir. Azərbaycan xalqı mərd və əzmkarlığı ilə tanınır. Xalqımızın iradəsini heç bir xain qüvvə sındıra bilməz. Biz müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, torpaqlarımızı mənfur düşməndən və içimizdə olan xainlərdən qoruyacağıq. Yaşasın xalqımız! Eşq olsun rəşadətli ordumuza!

Məleykə Babaxanova

Şəhid bacısı

Bütün xəbərlər Facebook səhifəmizdə