"Ermənilər düşünürdü ki, biz o səddi əsla yara bilməyəcəyik" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənilər düşünürdü ki, biz o səddi əsla yara bilməyəcəyik" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Yeni tariximizdə 27 sentyabr çox böyük önəm daşıyır. Çünki işğal altında olan torpaqlarımızın azad edilməsinə məhz bu gündən başlanılıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, bu gün Anım günü kimi yaddaşlarda qaldı: "Çünki ölkəmiz ən çox şəhidi elə 27 sentyabr günü verib. Belə ki, ermənilərin müdafiə səddini yarmaq çətin idi. Ermənilər düşünürdü ki, biz o səddi əsla yara bilməyəcəyik".

Fərhad Mehdiyev sözlərinə belə davam edib: "Lakin biz şəhidlərimizin qanı bahasına bu səddi yardıq. Ordumuz noyabr ayının 9-na kimi ermənilərlə döyüşdü. Bu səbəbdən də həmin tarixlər bizim üçün çox önəmlidir. Bunlar bizim qəhrəmanlıq tariximizdir. Düşünürəm ki, bu günləri gələcək nəsillər də həmişə böyük bir fəxrlə yad edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə