18 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Quba rayonunun Alpan kəndindən olan şəhidimiz Balayev Orxan Vidadi oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər. Görüşdə Orxan Balayevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.Təşkilat sədri dövlətimizin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Vətən müharibəsi başlayan gündən Orxan tank komandiri kimi fasiləsiz olaraq döyüş əməliyyatlarında iştirak edib. 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 30 noyabr 2020-ci il tarixdə Alpan kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Orxan Balayev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunması görə" və Qafqaz Media İctimai Birliyinin təsis etdiyi "Nur üzlü şəhidim" medalları ilə təltif edilmişdir.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə