Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyirik - Pakistanın Baş naziri

Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyirik - Pakistanın Baş naziri

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif öz "Twitter" hesabında Azərbaycanla həmrəylik ifadə edən və Ermənistanın təxribatını qınayan paylaşım edib.

SİA paylaşımı təqdim edir: “Əziz qardaşım Prezident İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə