İqor Qirkin: “Ermənistan öhdəliklərinin çoxunu yerinə yetirməyib, KTMT İrəvanı müdafiə etməyəcək” - ŞƏRH
Qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə naziri” İqor Qirkin (daha çox Strelkov adı ilə tanınır) Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib və bildirib ki, Ermənistan KTMT-yə arxalana bilməz.
Strelkov yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi İrəvanın mövqeyinə görə qaçılmaz olub.
“Uzun müddətdir məni oxuyanlar və dinləyənlər bilirlər ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların gec-tez bərpa olunacağı hərbi əməliyyatların “dondurulmasından” az sonra mənim tərəfimdən proqnozlaşdırılıb. Ermənistan üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirməyib (təəccüblü deyil, çünki bunun, onun suverenliyinə birbaşa ziyan vurduğunu deyir) və Azərbaycan əvvəlki təslim şərtləri yerinə yetirilənə qədər Paşinyana “təzyiq” edəcək.
Rusiya indi bunun qarşısını almaq iqtidarında deyil, çünki o özü, Ukraynadakı hərbi münaqişədə bataqlığa düşüb, bu, əlavə olaraq, bütün azad qüvvələrin cəlb olunmasını tələb edir. KTMT də Ermənistanı müdafiə etməyəcək.
Müvafiq olaraq, Türkiyə-Azərbaycan koalisiyasının nəhayət ki, Ermənistana həlledici zərbə vurmağa nail olub-olmayacağı, demək olar ki, əsasən İranın mövqeyindən, daha dəqiq desək, İran ordusunun qətiyyətlə və “böyük güclə” ermənilərin müdafiəsinə qalxmağa hazır olub-olmayacağından asılıdır. Bununla bağlı mən özümü nəyisə proqnozlaşdırmağa səriştəli hesab etmirəm”- deyə o, Telegram kanalında yazıb.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB