AHİK müraciət etdi

Azərbaycan həmkarlar ittifaqları ErmənistanınAzərbaycana qarşı hərbi təxribatları ilə bağlıbeynəlxalq həmkarlar ittifaqı təşkilatlarına müraciət edib. SİA xəbər verir ki, müraciətdə deyilir:

“Ötən əsr 90-cı illərin əvvələrindən başlayaraqxarici havadarları tərəfindən silahlandırılanErmənistan Azərbaycan torpaqlarını işğal edərəkazərbaycanlıları doğma yurd-yuvalarından didərginsaldı. Bir milyondan çox azərbaycanlı qaçqın vəməcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığıAzərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhvetdi. Azərbaycana milyardlarla dollar dəyərindəmaddi ziyan dəyib. Bütün bu illər ərzində Ermənistanişğalçı siyasətini davam etdirdi, ərazilərimizdətəxribatlar törətdi, təmas xətti boyunca yaşayan dincəhalimizi mütəmadi olaraq atəş altında saxladı.

2020-ci il 27 sentyabr tarixində Ermənistantərəfindən növbəti hərbi təxribat törədilməsinə cavabolaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altındaolan Şərqi Zəngəzur və Qarabağ azad edildi. Artıqbölgədə əvvəlkindən fərqli olaraq bütün CənubiQafqazın və ümumilkdə regionun hərtərəfliinkişafına təkan verəcək yeni reallıqlar hakimdir. Bu, sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, iqtisadi inkişafa xidmət edəcək yeni vəzifələrdir. Amma Ermənistan tərəfi bu reallıqlarla barışmaqistəmir, yenidən bölgədə gərginlik yaratmağa çalışır.

Belə ki, münasibətlərin normallaşmasıistiqamətində Azərbaycanın çağrışlarını müxtəlifbəhanələrlə əngəlləyir, danışıqlarda pozucu mövqetutur, əldə edilmiş razılaşmalarda üzərinə götürdüyüöhdəliklərə məhəl qoymur.

Azərbaycan, Ermənistan və Rusiya liderləriarasında imzalanmış üçtərəfli bəyanatda göstərilənerməni silahlı birləşmələrinin Azərbaycanərazisindən çıxarılması öhdəliyini hələ də yerinəyetirməyib.

Həmçinin son illər Ermənistanda istehsal olunanminalarla ərazilərimizin yenidən çirkləndirilməsi buölkənin əsl xain xislətini bir daha ortaya qoymuşolur.

Azərbaycanın normallaşma və sülh naminəsəylərinə baxmayaraq, Ermənistan sərhədlər boyuncahərbiləşməni artırır, bölgədə ağır texnika və iri çaplısilahlar yerləşdirir, müxtəlif hərbi təxribatlara əl atır.

Bu da hərbi qulluqçular, xidməti vəzifələriniyerinə yetirən mülki insanlar arasında itkilərə səbəbolur, işğaldan azad edilmiş ərazilərdə həyatakeçirilən geniş bərpa-quruculuq işlərinin ləngiməsinəgətirib çıxarır.

Ermənistan bu kimi çirkin əməllərini davametdirərək sentyabrın 12-si gecə və 13-ü səhərsaatlarında yenidən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərindəgenişmiqyaslı hərbi təxribat törədib. Bu, birbaşabeynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasındaimzalanmış üçtərəfli bəyanatların, həmçinin əldəolunmuş digər razılaşmaların kobud şəkildəpozulmasıdır. Aydın görünür ki, bu ölkə sülhprosesində maraqlı deyil, öz təcavüzkar siyasətinihələ davam etdirmək niyyətindədir.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraqbütün beynəlxalq təşkilatlara, o cümlədənBeynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, PanAvropa Regional Şurasına, Qlobal Sahə Həmkarlarİttifaqlarına müraciət edərək vurğulayırıq ki, Azərbaycan həmişə olduğu kimi sülhə, sabitliyəsadiqdir, milli maraqlar çərçivəsində hətərəfliəməkdaşlığa, mehriban qonşuluq prinsipinə daimüstünlük verir. Ermənistan da konkret mövqedənçıxış etməli, təxribatçı əməllərinə son qoymalı, üçtərəfli Bəyanatlardan və digər razılaşmalardan irəligələn bütün öhdəlikləri mütləq yerinə yetirməlidir.

Mütəmadi olaraq hərbi təxribatlar törədən, Azərbaycana qarşı mina terrorunu hələ də davametdirən, işğaldan azad edilmiş Şərqi Zəngəzurda vəQarabağda aparılan bərpa-quruculuq işlərinə maneolan, insan hüquq və azadlıqlarını kobud şəkildəpozan Ermənistanın təxribat əməllərinə Sizi dərhalvə sərt reaksiya verməyə çağırırıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə