Biləsuvar rayonunun Ağayrı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Haqverdiyev Cavid Əlifağa oğlunun anım günü, Çaylı kəndində İkinci Qarabağ müharibəsi şəhidi Kərimov Elvin Mürşüd oğlunun doğum günü ilə əlaqədar xatirələri yad edilib. Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və partiya fəalları Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən şəhid Haqverdiyev Cavid Əlifağa oğlunun və şəhid Kərimov Elvin Mürşüd oğlunun kənd qəbiristanlıqlarında məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar. Daha sonra ziyarətçilər şəhidlərin ailələrinə baş çəkərək valideyinləri ilə görüşüblər. Görüşdə şəhidlərin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib. Ziyarət iştirakçıları şəhid ailələrinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, qayğı və problemləri ilə maraqlanıblar.Şəhidin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Azərbaycan Ordusunun əsgəri olan şəhid Haqverdiyev Cavid Əlifağa oğlu 16 aprel 1975 – ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 1981-1992-ci illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb. 13 fevral 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. 12 sentyabr 1992-ci ildə Laçın rayonunun Suarası kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz subay idi. 2 oktyabr 1992-ci ildə Ağayrı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Ağayrı kənd tibb məntəqəsinə verilmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan şəhid Kərimov Elvin Mürşüd oğlu 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 10 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimiz ailəli olub, 3 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Kərimov Elvin Mürşüd oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB