I Qarabağ müharibəsi şəhidinin doğum günündə ailəsi ziyarət olunub FOTOLAR
Biləsuvar rayonunun İsmətli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Nürəddin Güloğlan oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, şəhidimizlə birgə xidmət etmiş Azərbaycanın “Milli Qəhrəmanı” Fariz Qəhrəmanov, döyüş yoldaşları, müharibə veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri I Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Mirzəyev Nürəddin Güloğlan oğlunun doğum günü ilə əlaqədar İsmətli kənd qəbirstanlıqında məzarını ziyarət edib ruhuna dualar oxuyublar.
Daha sonra ziyarətçilər şəhidin ailəsinə baş çəkərək valideyinləri ilə görüşüdülər. Ziyarət zamanı şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib. Döyüş yoldaşları göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildirdilər. Qeyd etdilər ki,düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran ordumuz bu gün ən güclü ordulardan biridir.Döyüş yoldaşları adından xatirə şəkli ailəsinə təqdim edilib. Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər. Azərbaycan Ordusunun əsgəri olan şəhid Mirzəyev Nürəddin Güloğlan oğlu 12 sentyabr 1974-cü ildə Biləsuvar rayon İsmətli kəndində anadan olub.1981-1992-ci illərdə İsmətli kənd tam orta məktəbində təhsil alıb. 4 oktyabr 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Xidmətə “N” saylı Xüsusi Təyinatlı kəşfiyyat batalyonunda başlayıb. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 23 mart 1994-cu ildə İsmətli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB