ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Lyayen ilə Ukraynaya verilən dəstəyi müzakirə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında Blinkenin fon der Leyenlə telefonla danışdığını bildirib. Prays qeyd edib ki, Bliinken Ursula Fon der Lyayenlə Ukraynaya dəstəyin davam etdirilməsi, ABŞ-ın Avropanın enerji təhlükəsizliyinə sadiqliyi və Ukraynaya qarşı müharibəsi ilə bağlı Rusiya ilə koordinasiya məsələlərini müzakirə edib.
İki yüksək rütbəli rəsminin Bosniya və Herseqovinada sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini də müzakirə etdiklərinə diqqət çəkən Prays, qlobal sağlamlıq problemlərinin də müzakirə edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB