Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb

Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb. SİA-nın Qarabağ bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə bağlı məlumat verilib.

Səyyahlar Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Azərbaycan Respublikanı Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara Pənahəli Xan İmarət Kompleksi, Ağdam Cümə məscidi və Şəhidlər xiyabanı barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyəti sabah Füzuli və Xocavənd rayonlarına səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə