"Azərbaycan öz gücü hesabına torpaqlarımızı minalardan təmizləyir" - HƏRBİ EKSPERT AÇIQLADI
"Torpaqlarımız azad edildiyi gündən minlanmış ərazilərdə təmizləm işləri davan edir. Bunun üçün Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin sərəncamı ilə Mina Agentliyi yaradılıb və agentliyin fəaliyyəti üçün bütün maddi-texniki baza təmin edilib". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun szölərinə görə, eyni zamanda Müdafiə Nazirliyinin iki hərbi hissəsi yaradılıb: "Qardaş Türkiyə dövləti kömək edir. İsraildən və Türkiyədən müasir texnologiyalar gətirilir. Avropa Birliyi simvolik məbləğ olsa da maddi yardım edib. Azərbaycan dövləti bütün vasitələrdən istifadə edir ki, qısa bir zamanda ərazi minalardan təmizlənsin və ərazini minakardan təmizləyərək paralel işlər də həyata keçirilir. Yollar çəkilir, dəmir yolları qurulur, hava limanları tikilir, kəndlər bərpa edilir, Ağdam şəhərindən infrastruktur işləri həyata keçirilir. Bir çox ərazilərdə hərbi hissələrin tikintisi həyata keçirilir. Qarabağ böyük tikinti meydançasını xatırladır və çox böyük işlər görülür. Xeyli ərazilər minalardan təmizlənib, amma bu xeyli zaman istəyir. Ermənistan tərəfinin verdiyi mina xəritələri reallıqda öz əksini tapmır. Azərbaycan dövləti hər cür səyi göstərir ki, bu məsələdə itkilər minimum olsun. Təəssüf olsun ki, dünya birliyi işğal faktına susduğu kimi mina məsələsində də ortaya qoymayıb. Nə əldə edibsə bunu Azərbaycan öz gücünə əldə edib. Əraziləri minalardan təmizləyir və orada böyük quruculuq işləri görür. Yaxın zamanlarda ərazilərimiz tamamilə minalardan təmizlənəcək və bu məsələ birbaşa dövkət başçımızın nəzarəti altındadır. Minalardan təmizlənmiş ərazilərimiz cənnət məkanına çevriləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB