"Ölkənin inkişafı baxımından bu əlaqələr çox önəmlidir" - SİYASİ EKSPERT AÇIQLADI
"Bu gün İtaliya Azərbaycanın Avropa İttifaqı məkanında ən etibarlı tərəfdaşlarındandır. Ölkələrimiz arasında tək enerji sahəsini əhatə etmir, eyni zamanda təhsil, elm, innovasiya və iqtisadiyyatın müxtəlif sahələri üzrə iki dövlət arasında uğurlu əməkdaşlıq mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, İtaliya eyni zamanda qədim sivilizasiyanın məskəni və tarixi bir ərazidir: "Azərbaycan müxtəlif sahələrdə İtaliya ilə qarşılıqlı əməkdaşlıq qurmaqla yanaşı, bu ölkədə mədəni-dini abidələrin qorunması isiqamətində çox mühüm xeyriyyə layihələri də həyata keçirmişdir. Bütün bunlar həm Azərbaycanın imicinin dünyada geniş təbliği və yaxşı formalaşması baxımından önəmlidir, həm də İtaliyanın da Azərbaycanda təhsil sistemimizin inkişafına dəstəyi ölkə təhsilimizin və gələcəyimizin Avropaya uğurlu inteqrasiyasına öz müsbət töhfəsini verir. İtaliya Avropanın önəmli bir parçasıdır və Avropada bu gün heç də bütün ölkələr real əməldə Azərbaycanın haqq işinə dəstək göstərməyib. Lakin İtaliyanın bu xüsusda önəmini vurğulamaq lazımdır və düşünürəm ki, bizim ölkəmizin inkişafı baxımından bu əlaqələr çox önəmlidir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB