Bakıda üçtərəfli görüş keçiriləcək - TARİX MÜƏYYƏN OLDU

Bakıda üçtərəfli görüş keçiriləcək - TARİX MÜƏYYƏN OLDU

Sentyabrın 8-9-da Bakıda regional nəqliyyat dəhlizləri, xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xətti üzrə İran, Rusiya və Azərbaycanın üçtərəfli görüşü keçiriləcək. SİA xəbər verir ki, bunu İranın “Tasnim” xəbər saytı yayıb.

İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri, eləcə də İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə