Azərbaycanın Fransada keçirilən festivalda iştirakı ölkəmizə nə qazandıracaq? - MİLLƏT VƏKİLİ AÇIQLADI
"Azərbaycan Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyasının (ADA), Paris Azərbaycan Evinin, AZPROMO-nun dəstəyi ilə Parisdə keçirilən 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondu uzun illər Azərbaycan mədəni irsinin qorunmasında çox mühüm əhəmiyyətli işlərə imza atıb: "Xüsusi ilə qeyri-maddi mədəni irsin qorunması və Azərbaycan milli mətbəxinin zənginliyini beynəlxalq aləmdə təbliği sahəsində yorulmaz fəaliyyəti olmuşdur. Azərbaycan xalqına məxusus bir sıra yeməklərin ermənilər tərəfindən mənimsənilməsinə qarşı təkzibolunmaz dəlillərlə milli mətbəximizin tərkib hissəsi olan yeməklərin bizə məxsus olması öz təsdiqini tapmışdır. Bu mənada Azərbaycanın bu festivalda iştirakı Fransa-Azərbaycan dostluq münasibətlərinin formalaşmasına və mədəniyyətimizin təbliğinə töhfə vermiş olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB