"Hər iki ölkənin səfirlərinin bu cür yanaşmaları bu prosesi ləngidə bilər” - DEPUTAT İZAH ETDİ
"ABŞ və Fransa səfirlərinin Şuşada iştirak etməməsi ilə bağlı mövqeyimizi Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyev bildirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, həm ABŞ, həm də Fransa Azərbaycanın ərazi bütövlüyünü qəbul edib: "Buna görə də hər iki ölkənin səfirlərinin bu cür mövqe göstərmələri anlaşılan deyil. Çünki Şuşanın, Ağdamdan, Kəlbəcərdən heç bir fərqi yoxdur. Bütün bu bölgələr Azərbaycanın suveren ərazisidir. Əslində, ABŞ və Fransa dövlətləri düşünür ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu məsələlərdə neytral mövqelərdə qalmalıdırlar. Bu yanaşma da özünü doğrultmur. ATƏT-in Minsk Qrupu 30 il ərzində hər hansı bir nəticəyə nail olmadısa, yenidən onun mandatı altında nələrsə etməyə çalışmaq anlaşılan ola bilməz. ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi erməni seperatçı qüvvələrində bir az inam yaradır. Azərbaycan tərəfinin mövqeyi aydındır. Artıq münaqişə həll edilib. Seperatçı ermənilərin xeyli hissə Azərbaycana meyil etməyə başlayıb. Amma hər iki ölkənin səfirlərinin bu cür yanaşmaları bu prosesi ləngidə bilər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB