"Bu, ABŞ və Fransanın Azərbaycana qarşı mövqeyində sual doğurur" - POLİTOLOQ AÇIQLADI
"Şuşada keçirilən beynəlxalq konfransa ABŞ və Fransa səfirlərinin gəlməməsi konkret olaraq diplomatik etiket qaydalarının pozulmasıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu, həqiqətən də ABŞ və Fransanın Azərbaycana qarşı mövqeyində sual doğurur: "Ermənistanın baş naziri Nikol Paşinyan da bildirdi ki, Şuşa Azərbaycanındır. Bu baxımdan, ABŞ və Fransanın mövqeyi qeyri-konstruktivdir. Düşünürəm ki, onlar, sadəcə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməməsi barəsində narazılıqlarını bu şəkildə ifadə edirlər. Hələ ki, ABŞ-ın Cənubi Qafqazla baxışından müəyyən problemlər var. Amma sonda ABŞ və Fransa yaranmış reallıqları qəbul edəcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB