"3894 nəfər azərbaycanlı haqqında bu gün də məlumatsızıq" - DEPUTAT ŞƏRH ETDİ
"30 avqust - Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan 1993-cü ildən itkin düşənlər problemini yaşayır: "Ermənistan beynəlxalq konvensiyaların və normaların tələblərinə hörmətsiz yanaşaraq özünün düşmənçilik niyyətlərini həyata keçirərək əsir götürülmüş azərbaycanlıların taleyi ilə bağlı bu gün də hər hansı bir məlumat vermir.
Beləliklə, I Qarabağ müharibəsində itkin düşmüş 3894 nəfər azərbaycanlı haqqında bu gün də məlumatsızıq. Düzdür, 44 günlük Vətən müharibəsində kapitulyasiya sənədinə imza atan Ermənistan I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib. Amma digər itkinlərimizin saxladıqları yerlər və basdırdıqlar kütləvi məzarlıqları barəsində məlumat vermir".
Deputat sözlərinə belə davam edib: "Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir. İnanıram ki, müvafiq komissiyanın beynəlxalq təşkilatlarla birgə fəaliyyəti nəticəsində itkinlərimiz haqqında məlumatları əldə edə biləcəyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB