Pakistan səfiri Azərbaycana təşəkkür edib

Pakistan səfiri Azərbaycana təşəkkür edib

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycana təşəkkür edib.

SİA Trend-ə istinadən xəbər verir ki, səfir bu barədə özünün "Twitter" səhifəsinə yazıb.

"Qardaş Azərbaycanın bu xeyirxah jesti yüksək qiymətləndirilir. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik", - deyə B.Hayee bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə