"Ermənilər Qarabağda Azərbaycanın müəyyən etdiyi şərtlər altında yaşamalı olacaq" - SİYASİ EKSPERT AÇIQLADI

"Ermənilər Qarabağda Azərbaycanın müəyyən etdiyi şərtlər altında yaşamalı olacaq" - SİYASİ EKSPERT AÇIQLADI

"Laçın Azərbaycanın tam nəzarətinə keçdi. Bu, ölkəmiz üçün strateji bir rayondur, uzun illərdir Ermənistan-Azərbaycan danışıqlarında Laçın dəhlizi əsas müzakirə predmeti olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Laçında ermənilər üçün alternativ yolun verilməsi, öz növbəsində, Zəngəzur dəhlizi məsələsində bir irəliləyişə səbəb olacaq: "Eyni zamanda, bu, Qarabağda nəzərdə tutulan quruculuq işlərində də təkan rolunu oynacaq. Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ondan xəbər verir ki, artıq ermənilər Qarabağda Azərbaycanın müəyyən etdiyi şərtlər altında yaşamalı olacaqlar. Azərbaycan bu gün Qarabağın dirçəlməsi üçün lazım olan bütün işləri gözlənildiyindən daha qısa zamanda həyata keçirir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə