"Ermənistan tərəfi bu yanğınlara görə məsuliyyət daşımalıdır" - POLİTOLOQ AÇIQLADI
"Laçın və Xocalı meşələrinin yandırılması kimlər tərəfindən baş tutduğu bəllidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, bunu törədənlər ernməni vətəndaşlarıdır: "Ermənistan tərəfi bu yanğınlara görə məsuliyyət daşımalıdır. Bu məsələni beynəlxalq müstəvidə qaldırmaq lazımdır. Ermənistan tərəfi həmin şəxsləri ya Azərbaycan tərəfinə təhvil verməlidir, ya da müəyyən cəzalar tətbiq etməlidir. Düşünürəm ki, bu bir cinayətdir. Heç bir ölkə, heç bir qanunvericilik buna yol verməməlidir. Bildiyimiz kimi, hadisə ilə əlaqədar olaraq Baş Prokurorluq cinayət işi açıb. Yanğınları törədən şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Əks halda bu cür hadisələr təkrarlana və daha acınacaqlı fəsadlar ola bilər".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB