“Ölkə başçımız Basqal qəsəbəsinə səfəri çərçivəsində...” - DEPUTAT ŞƏRH ETDİ
”İsmayıllı rayonun Basqal qəsəbəsi milli sənətkarlığı, mədəniyyəti və tarixi özündə əks etdirən turizm məkanıdır. Cənab Prezident və Birinci vitse-prezidentin səfərləri bu qəsəbəyə yeni həyat verib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olmuş, “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər: “Cənab Prezidentin tapşırıqı ilə Basqal qəsəbəsi yenidən qurulmuş, bu bölgədə turizim sektorunun inkişafına yeni impuls vermişdir.
Ölkə başçısının açılışını etdiyi otel kompleksi qonaqların istirahətini yüksək səviyyədə təmin etməklə yanaşı yerli gənclər üçün 300 yeni iş yeri deməkdir. Yəni, Basqal qəsəbəsi tarixi özündə yaşadır və unudulmuş sənət növlərini yenidən həyata qaytarmaqla sosial-iqtisadi inkişafının yüksək dövrünü yaşayır”.
Deputat sözlərinə belə davam edib: “Ölkə başçımız Basqal qəsəbəsinə səfəri çərçivəsində Azərbaycan televiziyasına da geniş müsahibə verdi. Cənab Prezident müsahibədə regionların sosial-iqtisadi inkişafı haqqında geniş məlumatlar verdi və bu prosesin davam etdirildiyini bir daha qeyd etdi. Həm də dünyanı narahat edən taxıl qıtlığı məsələsinin Azərbaycana heç bir çətinlik yaratmayacağını, ölkəmizin taxıl idxalı ilə bağlı heç bir problemin olmadığını və yaxın gələcəkdə istehsal sahələrə yeni yanaşmamız sayəsində idxaldan asılılığımızın kifayət qədər azalacağını bildirərək xalqımızı əmin etdi.
Cənab Prezident müsahibədə həm də düşmənlərimizə çox ciddi mesajlar ünvanladı və Qarabağda yaşayan ermənilərin heç bir statusu olmayacağını bəyan edərək belə fikirləri səsləndirənləri onların düşmənləri olduğunu bir daha bildirdi. Azərbaycan çox millətli və çoxkonfensiyalı ölkədir. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi digər vətəndaşlarımızla eyni şəkildə qorunacaq və sərbəst yaşamaqlarına imkan verəcəkdir. Həm də ölkə başçısının qeyd etdiyi kimi zaman Azərbaycanın xeyrinə işləyir. Müharibənin başa çatdığı iki ildə çox şey dəyişmiş, ermənilərin də adapdasiyası prosesi başlamışdır.
Antiterror əməliyyatlarından danışan cənab Prezident qeyd etdi ki, Qisas əməliyyatı hadisələrin inkişafının sürətlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Tezliklə sülhməramlılar Laçın dəhlizindən çıxarılaq yeni yola keçiriləcək və Laçın şəhərinə, Zabux və Sus kəndlərə azərbaycanlılar qayıdacaqdır. Zəngəzur dəhlizi haqqında danışan cənab Prezident bir daha əmin etdi ki, dediyimiz söz mütləq şəkildə reallaşır. Bu günə qədər bəzi qüvvələrin mane olmaq istədikləri və icra etmək istəmədikləri məsələlər də öz həllini tapır. Biz müharibə istəmirik. Amma haqqımızı tapdalamağa da heç kimə imkan verməyəcəyik. Azərbaycanın buna kifayət qədər iqtisadi və hərbi gücü var. Azərbaycanın 100 minlik ordusu qarşısında erməni bir daha dayana bilməyəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB