...Həyasızlıq...daha bu qədər də olmaz!
Beləliklə, erməni saytı yazır ki, “Dağlıq Qarabağ”ın Zabux kəndinin sakinləri məcburi köçürmə ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmək xahişi ilə Fransa və ABŞ prezidentlərinə müraciət ediblər. Onlar kəndin Zabuxdan 1200 metr keçən yeni nəqliyyat dəhlizinin zonasına daxil edilməsini də tələb ediblər.
...Əvvəla Laçın rayonu ərazisində yerləşən Zabuxun “Dağlıq Qarabağ”la nə əlaqəsi? Deyirsiniz, ermənilər bunu qanmır? Əslində, lap yaxşı qanırlar, amma...
Qeyd edək ki, hələ iyulun 29-da Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi avqustda Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizindən yan keçən dolama yolun tikintisinə başlanılacağını bəyan etmişdi.
Avqustun 5-də qondarma “Dağlıq Qarabağın ərazi idarəetmə və infrastrukturunun” qondarma naziri Hayk Xanumyan Zabux və Laçın “icmalarının sakinləri” ilə görüşüb və bildirib ki, onlar avqustun 25-dək evlərini tərk etməlidirlər. Çünki Laçın dəhlizi öz sahibinə, Azərbaycana təhvil veriləcək. Amma kimə deyəsən?
Beləliklə, məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Milli Demokratik Qütbün Erməni Şurası sosial şəbəkələrdəki səhifəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Cozef Baydenə müraciət edən Zabux kəndinin 56 sakininin məktubunu dərc edib.
Belə ki, 1992-1994-cü illərdə ermənilərin aldadıb Zabuxa gətirərək məskunlaşdırdığı ermənilər indi Makron və Baydendən Zabux kəndini yeni dəhliz zonasına daxil etmək üçün “dərhal müdaxilə və vasitəçilik etməyi tələb edirlər”.
Məktub müəlliflərinin fikrincə, əks halda onları evlərindən qovulmaqla hədələyirlər ki, bu da böyük humanitar fəlakətə səbəb ola bilər...
Təbii ki, ermənilər əvvəllər olduğu kimi, bu gün də bütün arzularının reallaşacağına ümidlidirlər. Amma unudurlar ki, bu dəfə “yeni dəhliz onların kəndinin cəmi 1200 metrliyindən keçməsi” də bu dəfə elə bir önəm kəsb etməyəcək. Qeyd edilməlidir ki, onlar bunu da başa düşürlər, amma yenə buna baxmayaraq ümidsiz də olsa cabalamaqda davam edirlər.
“...Zabuxdan bir dənə də ailə çıxmayıb,.. camaat gözləyir”.
Qeyd edək ki, bunu ermənilərin “Demokratik Birlik” partiyasının sədri Suren Petrosyan Ermənistan saytlarına danışarkən bildirib.
Maraqlıdır ki, o da bəzi başqa ermənilər kimi, ümid edir və burada ən maraqlısı isə onun erməni saytına dedikləridir. Beləliklə o deyir ki, əgər Zabuxa “...500 nəfər gəlsə, qəsəbəni hələ də xilas etmək olar”(?).
O da maraqlıdır ki, artıq bir neçə gündür həyat yoldaşı və iki azyaşlı uşağı ilə Zabuxa gələn Petrosyan “sakinləri doğma kəndlərində qalmağa” səsləyir.
Onun dediyinə görə,..guya onların hələ iki həftə vaxtı var və
bu iki həftə ərzində nəsə etmək olar. Petrosyana görə əgər iki həftə ərzində bura heç kim gəlməsə, o zaman Zabuxdan çıxmaqdan başqa çıxış yolu qalmayacaq.
...Və nəhayət ən maraqlısı bilirsiniz nədir? Petrosyanın dediyinə görə, guya yüzlərlə erməni onları qorumaq üçün Zabuxa gələcəklərinə söz veriblər.
Yeri gəlmişkən, ilkin razılaşmaya görə, ermənilər avqustun 5-nə qədər Zabuxu tərk etməli idilər. Lakin bəzi nüansları nəzərə alan Azərbaycan tərəfi humanistlik göstərərək əlavə olaraq onlara 20 gün möhlət verib.
Amma belə görünür ki, erməniyə göstərilən bu humanistlik əbəsmiş...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB