Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüş başlayıb - FOTO (YENİLƏNİB)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də məlumat yayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.

SİA XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə