Şəhid Nazir Xurşudovun ailəsi ziyarət edilib FOTOLAR

Şəhid Nazir Xurşudovun ailəsi ziyarət edilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi Binəqədi rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidi Xurşudov Nazir Müxənnət oğlunun ailəsini ziyarət edərək şəhidimizin övladlarını doğum günü münasibətilə təbrik etmişlər. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva qeyd etmişdir ki, şəhidlərimiz xalqımızın yaddaşında bizlərə Zəfər tarixi yaşadan əbədi qəhrəmanlar olaraq daim yaşayacaqlar. İllər keçsə də, gələcək nəsillər qəhrəman oğullarımızı hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq. Şəhidimizin həyat yoldaşı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Bunun üçün dövlətimizin başçısına təşəkkürünü bildirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivinə övladlarına göstərilən diqqətə görə minnətdarlıq edib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə