"Ermənistanın Azərbaycan ilə müharibə aparacaq heç bir potensialı yoxdur" - POLİTOLOQ AÇIQLADI
"Ermənistan tərəfi bütövlükdə Azərbaycan ilə münasibətləri normallaşdırılması istiqamətində çevik addımları atmayaraq prosesdə öz təxribatçı, “iddialar”ını gerçəkləşməyini arzulayırlar". Bu sözləri SİA-ya açıqlamasında Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin sülh və barışıq ilə bağlı ikibaşlı mövqeyi, qeyri-səmimi yanaşması təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılma prosesini yaxından izləyən, vasitəçi kimi çıxış edən Rusiyaya Avropa İttifaqına da məlum məsələdir: "Bu baxımdan hesab edirəm ki, Ermənistanın bu cür addımlar atmağı təkcə özü ilə bağlı faktor deyil, burada həmçinin üçüncü qüvvələrin də rolu var. Hazırda Ermənistan tərəfi özlərinin əleyhinə çevrilmiş hər bir məqamı manipulyasiya etməklə məşğuldur. Ermənistanın bundan sonra Azərbaycan ilə müharibə aparacaq heç bir potensialı və ehtiyatı yoxdur. Hətta ən uzaq gələcəkdə belə hər hansı bir formada Ermənistanın həm Azərbaycan-Türkiyə tandeminə, həm də ayrı-ayrılıqda Azərbaycan və Türkiyə faktoruna müqavimət göstərmək ehtimalı yoxdur. Burada əsas məsələ Ermənistanın sülh danışıqları prosesinin zədələməsi faktorudur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından sonra regionda təsirlərinin zəifləyəcəyini bilən beynəlxalq güclər Ermənistandan bu məsələdə istifadə edərək regionda vəziyyəti gərginləşdirməyə və Cənubi Qafqazda mövcudluğunu davam etdirməyə çalışırlar”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB