Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu getdikcə güclənir! ŞƏRH
İyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dərin məna və geniş məzmunlu nitq ilə çıxış edən, bütün istiqamətlər üzrə dövlətimizin qarşısında duran mühüm məsələlərin icrası ilə bağlı öz fikirlərini ifadə edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzunun bu il daha da artdığını vurğulayıb.
Həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək, qarşılıqlı beynəlxalq dəstək üçün önəmli platforma olan, təşəbbüsümüz ilə Bakıda keçirilən Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizin 2023-cü ilə kimi uzadılmasının ölkəmizin 120 ölkə arasında çox böyük nüfuz qazanmasının bariz nümunəsi olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: “Biz məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusiilə COVİD-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu əlbəttə ki, böyük dərəcədə artırmışdır.”
Azərbaycanın digər beynəlxalq təşkilatlarla da, o cümlədən üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı ilə də fəal əməkdaşlıq etdiyini bildirən ölkə prezidenti İlham Əliyev Azərbaycana səfər etmiş İslam Əməkdaşlıq Təşkilatının yeni seçilmiş baş katibinin erməni işğalından azad edilmiş torpaqlara – Füzuliyə, Şuşaya səfəri zamanı Ermənistanın Azərbaycana qarşı, mədəni irsimizə qarşı törətdiyi vandalizmin, erməni vəhşiliyinin təzahürlərinin şahidi olduğunu qeyd edib.
Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlıq etdiyini, Avropa İttifaqı Şurasının prezidenti ilə keçirilən bir neçə görüşlərdə və aparılan telefon danışıqlarında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas müzakirə mövzusu olduğunu. eyni zamanda Avropa İttifaqı – Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını qeyd edən prezident İlham Əliyev demişdir: “Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
Digər beynəlxalq təşkilat - Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilata üzv ölkələr arasında təmaslarını genişləndirdiyini vurğulayan ölkə başçısı bildirib ki, bu il Türkiyə prezidenti ilə üç görüşünün keçirilməsi, aprel ayında Qırğızıstan prezidentinin Azərbaycana səfər etməsi, eyni zamanda iyun ayında özünün Özbəkistan və Türkmənistana rəsmi səfərləri zamanı dövlət başçıları ilə görüşlərinin olması qeyd olunan təmasların nə qədər inkişaf etiyini göstərir. Bizim üçün prioritet məsələlərdən biri olan türk dövlətləri ilə əlaqələrimiz sayəsində həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır, həm iki tərəfli, həm çoxtərəfli formada nəqliyyat. energetika, digər sahələr üzrə fəal əməkdaşlıq həyata keçirilir.
Bu il prezident İlham Əliyevin qonşu ölkələr olan Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan Respublikasının prezidentləri ilə görüşlərinin keçirilməsi bir daha təsdiq edir ki, həmin ölkələrlə əlaqələr Azərbaycan üçün əsas prioritetlərdəndir.
Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atıldığını, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin təşkil edildiyini qeyd edən ökə başçısı demişdir: “Amerika Birləşmiş Ştatlarının prezidenti mənə iki dəfə məktub göndərmişdir – həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var”, “Azərbaycanın dünyanın əsas güc mərkəzləri və beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etmişdir. Azərbaycanın mövqeyi hər zaman müstəqil olmuş və öz mövqeyini açıq nümayiş etdirmişdir. Ona görə də dünyada böyük hörmət və nüfuz qazanmışdır”.
Dövlət başçısı öz çıxışında xüsusilə Azərbaycan-Ermənistan münasibətlərini təhlil edərək bildirmişdir ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması isiqamətində müəyyən addımlar atılsa da təəssüf ki, hələlik real nəticələr əldə edilməmişdir. Vətən Müharibəsindən 1 il 8 ay keçməsinə baxmayaraq, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Prezident İlham Əliyev əsas müsbət məqamlardan biri kimi ölkəmizin təşəbbüsü ilə baş vermiş delimitasiya üzrə işçi qruplarının birinci görüşünün keçirilməsini qeyd edib. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsinin digər müsbət hal kimi qiymətləndirən Prezident bildirib ki, əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə heç bir inkişaf olmazdı.
Təəssüflər olsun ki, müharibədən 1 il 8 ay keçməsinə baxmayaraq Ermənistanın 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırımasını mənfi hal kimi qiymətləndirən dövlət başçısı eməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyinin bu günə qədər yerinə yetirilməməsinə, həmin Bəyannaməni imzalayan Rusiya tərəfinin də Ermənistanı buna məcbur etməməsinə təəssüf edib. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasının tamamilə qəbul edilməz olduğunu söyləyən Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, ikinci mənfi məqam 10 noyabr Bəyannaməsinə görə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasına Ermənistanın maneə olması, indiyə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması istiqamətində heç bir iş aparılmaması, eyni zamanda avtomobil yolunun marşrutunun da Azərbaycana verilməməsidir. Bu marşrutun bizə verilməməsinin, dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının hazırlanmamasının yalnız bir səbəbi var – Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir.
Ermənistan rəhbərliiyinin son zamanlarda Dağlıq Qarabağın statusu haqqında yenidən danışmağa başlamasını daha bir mənfi məqam kimi qeyd edən prezident İlham Əliyev öz çıxışında demişdir: “Status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir, çünki biz də status haqqında danışa bilərik. Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabr ayında bizdən qoparıldı”. Buna oxşar mənfi məqamlardan biri də Ermənistan rəhbərliyinin öz dövrünü keçirmiş, faktiki olaraq tarix səhnəsindən silinmiş Minsk qrupunu diriltməyə cəhdlər göstərməsidir. Hətta Minsk qrupunun həmsədrləri belə etiraf edirlər ki, bu qrup qeyri-funksionaldır. Rusiya tərəfi bildirir ki, Minsk qrupu artıq fəaliyyətsizdir. Qarabağ münaqişəsi artıq həll olunmuşdur. Azərbaycanın müzəffər ordusu 44 günlük müharibədə Ermənistan ordusunu diz çökdürərək Qarabağ münaqişəsini həll etmişdir. Ona görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışında Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq edərək onların bu xəbərdarlıqdan nəticə çıxarmalarını tələb etmişdir. Həm Ermənistana, həm də onun havadarlarına ciddi bir mesaj verən İlham Əliyev demişddir: “Biz xarici işlər nazirlərinin görüşünün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq biz onu müəyyən edəcəyik”.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB