“Bəyannamənin kobudcasına pozulması Ermənistana baha başa gələcək” - DEPUTAT AÇIQLADI
“Son 6 ayda real addımlar atmayan Ermənistan qarşıdakı 6 ayda da öhdəliklərini yerinə yetirməsə, bölgədə baş verəcək bütün məsələlərin məsuliyyətini özü daşıyacaq. Prezident İlham Əliyev cari ilin 6 ayının yekunlarına dair müşavirədə səsləndirdiyi bəyanatlardan aydın oldu ki, Ermənistanın hazırki mövqeyi çox təhlükəlidir və 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması Yerevana baha başa gələcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il bəyannaməsinin icrası ilə bağlı son 6 ayda da Ermənistandan müsbət addım müşahidə olunmur: “Belə ki, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır, amma Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan da yaradılmadı. Dövlət başçımız müşavirədə bu məsələ ilə bağlı bütün detalları açıqladı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür. Eyni zamanda bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib. Bu öhdəlikləri yerinə yetirmək əvəzinə Ermənistandan gələn statusla bağlı cəfəng iddialar səsləndirir. Buna Bakının münasibəti olduqca sərt və qətiyyətlidir. Hətta dövlət başçımız status haqqında danışmağın Ermənistan üçün çox təhlükəli məsələ olduğunu bəyan etdi. Bu, ciddi xəbərlarlıqdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı hərəkətzislik və ya statusla bağlı absurd iddialar sona qədər davam edə bilməz”.
Deputat fikirlərinə davam edərəl həmçinin qeyd edib ki, Vətən müharibəsindən ötən 1 il 8 ay ərzində Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir: “Bu vaxta qədər atılan addımların isə məhz Azərbaycanın təşəbbüsü ilə baş tutduğu hər kəsə məlumdur. Belə ki,məhz Bakının səyləri nəticəsində delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilib. Azərbaycan ilk gündən sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Lakin Prezident İlham Əliyevin də söylədiyi kimi, Ermənistan tərəfi buna o qədər də meylli deyil. Halbuki Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Bu mənfi meyllərin fəsada çevrilməməsi yalnız Azərbaycanın işi deyil. Ona görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, öz payını alsın”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB