“Müxalifət kütləvi tədbir təşkil etmək gücünə malik deyil. Müxalifət təmsilçiləri nə qədər bu reallığı gizlətsələr də, kütləvi şəkildə insanların gəlməməsi onları pərt vəziyyətdə qoyur. Bu da müxalifətin aciz və bacarıqsız durumunda olduğunu bir daha göstərir”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxalifətin özünün özündən başı çıxmır. Çünki müxalifət əvvəlcədən dərk etməlidir ki, onun heç bir siyasi gücü yoxdur ki, onlar ölkədə nə isə kütləvi tədbirlərini keçirə bilsinlər. Yersiz hərəkətlərinin nəticəsidir ki, müxalifət bu cür acınacaqlı bir duruma düşüb”.
T.Novruzov onu da bildirdi ki, müxalifət təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər: “Bununla da diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidirlər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Müxalifət təmsilçiləri çalışırlar ki, xaricdə olan bəzi qüvvələrə özlərini göstərsinlər. Bununla da onlardan maddi və mənəvi dəstək əldə etməyə ümid bəsləyirlər. Yəni bu gün müxalifət özünü bazara çıxarıb. Bu hərracda kim nə qədər və hansı şərtlərlə ödəniş edəcəyini düşünür”.
T.Novruzov onu da bildirdi ki, müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların hakimiyyətə gəlmək şansları yoxdur: “Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Müxalifət təmsilçiləri bu reallığı bilə-bilə yenə də öz hərəkətlərindən əl çəkmək niyyəti yoxdur. Yəni müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallar qururlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB