“Tovuz döyüşləri Vətən müharibəsinin ilkin qığılcımları idi” - HƏRBİ EKSPERT AÇIQLADI
"Tovuz döyüşləri 75 gün sonra başlayacaq Vətən müharibəsinin ilkin qığılcımları hesab edilə bilər. Məhz Tovuz hadisələri zamanı Azərbaycan xalqı birmənalı olaraq ordumuza və Ali Baş Komandana dəstəyini nümayiş etdirdi və Qarabağın ən qısa zamanda azad olunması üçün döyüş əməliyyatlarına xalq olaraq hazır olduğunu sübut etdi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, biz bunu on minlərlə insanın səfərbərlik şöbələrinin önündə növbəyə düzülməsi ilə müşahidə etdik: “Məhz Tovuz hadisələri Azərbaycan xalqının, hakimiyyətinin və ordusunun səbr kasasını daşırdı və sonunda Azərbaycan üçün yaşayan, Azərbaycan üçün canından keçməyə hazır olan övladlarımız bayrağımızı Şuşa qalasına sancdılar. Azərbaycan Ordusu 1994-cü ildən bəri nə Horadiz əməliyyatı zamanı, nə Aprel döyüşləri zamanı, həmçinin Vətən müharibəsi və ondan sonrakə dövrdə bir dəfə də olsun düşmən qarşısında geri addım atmayıb. Buna görə də biz Vətən, dövlət və bayraq uğrunda canından keçənləri heç vaxt unuda bilmərik. Allah bütün şəhidlərimizı rəhmət eləsin, əlillərimizə, yaralılarımıza və veteranlarımıza şəfa versin. Onların sayəsində biz bu gün qalib orduya malik bir xalqıq”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB