“Qarşıdan ağır dövr gəlir“ - EKSPERT AÇIQLADI

“Bu müharibəni Rusiya-Ukrayna müharibəsi hesab etmirəm”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, bu birmənalı olaraq Ukraynada gedən Rusiya ilə Qərb arasında olan müharibədir: “Baş verənlər də bunu söyləməyə əsas verir. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, ümumiyyətlə sülhün imzalanması üçün Ukrayna rəhbərliyi sərbəst qərar vermək iqtidarında deyil. Bu mümkün deyilsə hər hansı bir sülhdən söhbət edə bilmərik. Qarşıdan ağır dövr gəlir. Rusiya mövqelərini möhkəmləndirmək, müdafiə xəttini gücləndirərək döyüş xəttini genişləndirməyə çalışır. Ukrayna isə davamlı silahlanaraq bu prosesdə öz mövqelərini möhkəmləndirmək istəyir. Ukraynanın qarşısına qoyulan əsas tapşırıq isə əraziləri imkan olduqca özündə saxlamaqdır. Proseslər vəziyyəti çətinə sürükləyir. Düşünürəm ki, strateji baxımdan Rusiyanın mövqeləri hələ də üstündür. Proseslərin bundan sonra necə davam edəcəyi isə əlbəttə ki, Amerikanın Ukraynaya hansı tipli silahlar göndərməsindən asılıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə