BAKI ÇOXSAYLI BEYNƏLXALQ TƏDBİRLƏRƏ EV SAHİBLİYİ EDİR ŞƏRH

İyun ayının 30-da Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı keçirilmişdir. Bildiyiniz kimi, Qoşulmama Hərəkatı yaradılmasına dair ideya ilk olaraq 1955 ci ildə İndoneziyada Bandunq konfransında irəli sürülmüşdür. Lakin 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olundu. Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

İndiyənə dək, Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev edir. Düzdür, Cənab Prezidentin sədrlik etdiyi dövr dünyada tüğyan edən COVİD-19 pandemiya dövrünə təsadüf etsə də, qeyd olunan təşkilatda mütamadi olaraq işlər aparılmışdır. Cari ilin 30-iyunun da keçirilən Bakı konfransında bir çox mühüm məsələlər öz əksini tapdı. Bunlardan biri də Parlament və Gənclər şəbəkəsini xüsusi qeyd etmək lazımdır. Bu şəbəkələr beynəlxalq təşkilata üzv olan ölkələrin parlament strategiyasında və həmçinin gənclərin gələcək inkişafı sayəsində ölkələrin əldə etdiyi təcrübəni bölüşməsi ilə nəticələnəcəkdir. Bu üzv ölkələrin iki mühüm sahədə gələcək inkişafına böyük dəstək olacaqdır.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə