"Region üçün önəmli məsələlərin danışılacağını güman edirəm" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan dövlətinin istəyi bölgədə sabitlik, sülh və əməkdaşlıq mühitini yaratmaq və kommunikasiyaların tam açılması, ticari-iqtisadi münasibətləri genişləndirməkdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, İranın paytaxtı Tehranda keçiriləcək olan Türkiyə-Azərbaycan-İran xarici işlər nazirlərinin görüş də buna həsr olunacaq: "Bu görüş üç ölkə arasında münasibətlərin yüksələn müstəvidə irəliləməsi üçün olduqca vacibdir. Bu dövlətlərin xarici işlər nazirlərinin görüşündə region üçün önəmli məsələlərin danışılacağını güman edirəm.

Ümid edirəm ki, Azərbaycan-Türkiyə-İran dövlətləri bu istiqamətdə konkret addımlar ata biləcək. Kommunikasiyaların açılması ilə yeni iqtisadi münasibətləri formalaşdırmaq mümkün olacaq. Düşünürəm ki, Türkiyə-Azərbaycan-İran dövlətlərinin əməkdaşlığı Ermənistanı da bu prosesə qatılmağa vadar edəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə