“Xəzər beşliyi” və VI Zirvə Toplantısı: Dəyişən regionda inkişafın yeni reallıqları və Azərbaycan ŞƏRH
1990-cı ildən sonra Xəzəryanı ölkələrin onun hüquqi statusuna, istifadə rejiminə dair ortaya qoyduqları mövqe müxtəlif mərhələlərdən keçdi. Bu mövqelər tərəflərin milli maraqlarının, nüfuz bölgüsünün, sülhün və əməkdaşlığın, beynəlxalq hüququn prinsiplərinin, habelə regiondakı reallıqların nəzərə alınmasının ifadəsi kimi fikir ayrılığı ilə müşayət olunan müzakirələrdən ibarət olmuşdur. Reallıq isə bu idi ki, Azərbaycan dövləti Xəzərin sülh və əməkdaşlıq dənizi olduğunu, yalnız xalqların ümumi rifahına xidmət etdiyini, hüquqi prinsiplərin tətbiqi ilə istifadəsinin zəruriliyini irəli sürdüyü unikal mövqeyi ilə təsdiqləmişdir. Ötən onilliklər ərzində dövlətlərarası müzakirələrin və qəbul olunmuş qərarların mahiyyəti təsdiq etdi ki, Azərbaycan bu mövqe ilə regionda hüquqi, siyasi və iqtisadi baxımdan Xəzər dənizinin potensial imkanlarını düzgün qiymətləndirən, sahilyanı dövlətlərin və xalqların mənafeyi naminə sülh və sabitliyi təmin edən altrernativi olmayan təcrübənin sahibidir. Elə bunun nəticəsi idi ki, ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi, mükəmməl siyasi təcrübəsi Xəzərin statusu məsələsində qonşu ölkələrin baxışlarında 1993-2001-ci illərdə əsaslı dönüş yaratmış və tarixi qərarların qəbul edilməsinə nail olmuşdur. Bu bir yandan Azərbaycanın çox böyük diplomatik uğuru idisə, o biri tərəfdən Xəzəryanı xalqların həyatında mütərəqqi inkişafa verilən töhfə idi. Çünki 2001-ci ildən sonrakı dövr sübut etdi ki, bu mərhələ qonşu dövlətlərin Xəzərdə əməkdaşlıq konsepsiyasının möhkəm bazasını yaratmış, bugünkü əməkdaşlığın prinsiplərini müəyyənləşdirmişdir. Beləliklə də Xəzəryanı dövlət başcılarının Sammiti, İşci Qruplarının fəaliyyəti, diplomatik və rəsmi dairələrin görüşləri Xəzər bölgəsində əməkdaşlığın hazırkı mərhələyə çatmasını mühüm tarixi mərhələdən keçirmişdir.
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısı zamanı tarixi çıxışında bildirdi ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”. Bu baxımdan, Azərbaycanın Xəzəryanı dövlətlərlə münasibətlərində son 30 il sübut edir ki, Xəzəryanı dövlətlərin süverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət etmək, faydalı əməkdaşlıq üçün bütün imkanları səfərbər ermək xarici siyasətin prioritet istiqamətidir. Bu gün də Azərbaycan regionun əsas söz sahibi kimi təcrübəsini ümumi inkişafa, sülhə və tərəqqiyə yönəldib. Bu strategiyanın nəticəsidir ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun həyata keçirilməsində aparıcı mövqeyini təsdiq etmişdir. Reallaşan bütün layihələrin bölgə xalqlarının mədəni, iqtisadi, siyasi inteqrasiyası naminə nəticələrinin isə artıq sübuta ehtiyacı yoxdur.Bu baxımdan deməliyik ki, Xəzəryanı dövlət başcılarının VI Zirvə Toplantısı dəyişən regionda inkişafın yeni reallıqlarını müəyyən edən Azərbaycan dövlətinin uzaq hədəflərə yönəlmiş uğurlu strategiyasının region üçün müstəsna əhəmiyyətinin qəbul edilməsinin göstəricisidir.
Sənan Həsənov
YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB