“Solovyov efirdə rəsmən Azərbaycandan üzr istəməyə məcbur edildi” AÇIQLAMA
“Rusiya mətbuatı yekrəng deyil, burada müxtəlif siyasi, korporativ maraqlara xidmət edən mətbu orqanlarının, istər çap, istərsə də elektron olsun) olması anlaşılan və izah ediləndir, bu da mətbuatın maliyyəyə olan ehtiyacı ilə əlaqədardır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Rusiyada istər dövlət tərəfindən maliyyələşdirilən, istərsə də müstəqil (onların da əksəriyyəti Qərb və ya sistemdən kənar müxalifətlə əlaqədardır) KİV-lərin, mətbu orqanlarının erməni diasporu ilə əlaqələrinin olması məlumdur: “Bir qayda olaraq diasporanın lobbiçilik etdiyi məlum KİV-lər və ya mətbu orqanlar antiazərbaycan xarakterli informasiyaların və ya məlumatların efir məkanına, çap vasitələrinə çıxarılması üçün sifarişlər alırlar. Pulu kim verirsə, musiqini də o sifariş edir müstəvisində öz işlərini quran bu qurumlar uçun onların korporativ maraqları daha böyük prioritet kəsb edir, maraqlıdır ki, Rusiyanın dövlətçilik siyasətinin həyata keçirilməsi, təbliğ olunması üçün məsuliyyət daşıyan media qurumlarının hərəkətlərində də belə hallar müşahidə olunur. Rusiyanın RİA Novosti kanalının Azərbaycan ərazisində fəaliyyətinə yasaq qoyulması məhz onun antiAzərbaycan xarakterli informasiya materiallarını yayımlaması ilə əlaqədar olmuşdur. Rusiyanın ideoloji maşının əsas ruporlarından olan V.Solovyovun bu günlərdə özünün aparıcılıq etdiyi məlum verilişdə Azərbaycandan iki dəfə üzr istəməsi bu baxımdan diqqətəlayiq hadisədir”.
E.Manafov onu da bildirdi ki, Solovyovun Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” ilə təşkil etdiyi musahibə antiAzərbaycan xarakterli olduğundan haqlı olaraq rəsmi Bakının narazılığına səbəb olmuşdur: “Belə ki, Solovyov təkcə jurnalistikanın qərəzsiz və obyektiv olaraq məsələləri işıqlandırmaq prinsipini pozmayıb, eyni zamanda, bu ilin fevralında Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri barədə müqavilənin məzmun, tələb və ruhuna zidd olan hərəkətə yol verib, həmin müqavilədə isə tərəflər arasında informasiya təhlükəsizliyi ilə bağlı müddəa da əksini tapmışdır. Erməni diasporası ilə münasibətlərinin olması amili nəzərə alınarsa V. Solovyovu efirdə rəsmən iki dəfə Azərbaycandan üzr istəməyə məcbur edən faktor təbii ki, Kremlin təbliğata məsul qurumu tərəfindən jurnalistə olan təzyiq olmuşdur, bu isə ona dəlalət edir ki, rəsmi Moskva Bakı ilə məlum müqavilənin imzalanmasından sonra Azərbaycanla münasibətlərə daha həssas, ehtiyat və təmkinlə yanaşır. Rəsmi Bakını narazı sala biləcək hərəkətlərdən özünün regional maraqlarından çıxış edərək çəkinir. Azərbaycanla istər ikitərəfli, istərsə də regional əməkdaşlıq formatında münasibətlərə böyük önəm və əhəmiyyət verir. Bununla belə Ermənistan Rusiyanın istər KTMT, istərsə də AİB çərçivəsində müttəfiqidir və bu formatda münasibətlər qaldıqca Rusiya münaqişə tərəfləri ilə münasibətlərə ikili standartlardan yanaşmaqda davam edəcək, Rusiyada Kremlin siyasətinə təsir göstərə biləcək faktorlar sırasında Putinlə sıx təmasda olan iş adamlarının, ölkənin sistem müxalifətini təmsil edənlərin, hərbi sənaye kompleksinin, xüsusi xidmət orqanlarının arasında erməni diasporasının təmsilçiləri ilə əlaqələrin olması amili nəzərə alınarsa Kremldən media durumlarına sifarişli zəmində informasiyaların ötürülməsi anlasılandır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB