Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edib ŞƏRH

27 iyun tarixində Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyası keçirilib.Ölkə Prezidenti cənab İlham Əliyev sessiyaya videoformatda qatılaraq geniş çıxış etdi.İşğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyəti olan Şuşa şəhərində bir sıra mühüm tədbirlər keçirilib.Bu tədbirlərdən Azərbaycanın BMT üzvlüyünün 30 illiyi ilə bağlı keçirilən tədbiri xususulə vuğulmaq lazımdır. BMT qurumlarının iştirakı ilə keçirilən tədbir münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmişdir. Eyni zamanda BMT tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstəriləcəyi qeyd edilmişdir. 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirən Bakının tarixi simasını qorumaqla , biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq.

İşğalçı Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı törətdiyi barbarlıq və vandalizmin nəticəsində şəhərlərimiz , kəndlərimiz dağıdılıb, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimiz talan edib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün torpaqlarımızda yenidənqurma vəbərpa işləri ən yüksək səviyyədə təşkil olunub. Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edib.İnkişaf yoluna qədəm qoymuş Füzulidə bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması, eyni zamanda şəhərdə səkkiz aydan az müddətdə hava limanının inşa edilməsi, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması şəhərdə aparılan kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələridir. İşğaldan azad olunmuş Laçın rayonunda və regionun inkişafında böyük əhəmiyyət daşıyacaq Zəngilanda beynəlxalq hava limanlarının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Azərbaycan hər zaman keçmiş Qarabağ münaqişənin sülh danışıqları ilə həll olunmasının tərəfdarı olub. Ermənistan sülh danışıqlarına məhəl qoymaması və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bizim səbr kasamızı daşırdı. Problem danışıqlar yolu ilə öz həllini tapsaydı müharibəyə zərurət yaranmazdı. Azərbaycan öz torpaqlarının erməni işğalı altında qalması ilə razılaşmayacağını dəfələrlə bildirdi. Ermənistan hakimiyyətinin pozucu və təcavüzkar siyasəti 44 günlük Vətən müharibəsinə gətirib çıxardı. Beləliklə, Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərbaycan 44 günlük müharibə ilə regionda yeni reallıqlar yaradıb, dünya ictimaiyyətini öz sülh gündəliyinə tam şəkildə inandırıb. Ermənistanın 30 illik işğalına baxmayaraq Azərbaycan münasibətləri normallaşdırmaq, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Sülh prosesi Azərbaycanın müəyyən etdiyi əsaslar, bütün tərəfləri qane edən prinsiplər üzərində qurulub. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.Sülh nə qədər tez bərqərar olsa, bu, bir o qədər bütün regionun, o cümlədən də Ermənistanın xeyrinə olar. Ermənistanın indiki vəziyyətdə nə hərb, nə də diplomatik müstəvidə Azərbaycana müqavimət göstərmək imkanı yoxdur və bu reallıq qarşıdakı dövr ərzində də dəyişməyəcəkdir.Azərbaycan bütün Cənubi Qafqaz regionunda inkişafa, sülhün və əmin-amanlığın yaradılmasına daim səy göstərir. Əgər Ermənistan bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaqdır. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcəkdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə