Müzəffər Azərbaycan Ordusu - FOTOLAR

YAP Yasamal rayon təşkilatında 26 İyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik-leytenant Samir İsmiyev, Səfərbərlik və Hərbi Xidməyə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi polkovnik-leytenant Ramin Şükürov, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədri, sədr müavinləri, 44 günlük Vətən müharibəsinin qazi və iştirakçıları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yad ediblər.YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra 26 İyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, artıq 24 ildir ki, iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ordu quruculuğunda görülən mühüm işlər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Orudusunun öz tarixi missiyasını yerinə yetirib 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından xilas edərək tarixi ədaləti bərpa etməsi ilə nəticələndi.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev və AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev ordu quruculuğu siyasətindən bəhs edərək, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin rolundan bəhs ediblər. Qeyd olunub ki, ordu quruculuğu siyasəti Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Əldə olunan nəticə regionda reallıqların yaranmasına və beynəlxalq müstəvidə sülh sazişi istiqamətində keçirilən görüşlərdə Azərbaycanın diktəsini təmin etdi.Tədbirin sonunda İnşaatçılar pr. 45 (Azərbaycan Dövlət Pedaqoji Kolleci) ünvanında yerləşən ərazi partiya təşkilatının sədri İsrayıl İsgəndərov 65 illik yubileyi və partiyada icrimai-siyasi fəaliyyətinə görə fəxri fərmanla təltif olundu.Sonra bir qrup 44 günlük Vətən müharibəsi qaziləri və iştirakçılarına təşəkkürnamələr və hədiyyələr təqdim olunub.Sonda xatirə şəkli çəkdirilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə