Rusiya-Ukrayna müharibəsində kimlər maraqlıdır? - POLİTOLOQ AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və prosesin bitməsi ilə bağlı bir sıra proqnozlar var. Hətta müharibənin avqust ayında bitəcəyi ilə bağlı müxtəlif fikirlər söylənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir müharibə hansı çərçivədə bitəcək və hansı öhdəliklər olacaq, atəşkəs ilə bağlı razılaşma kontekstində hansı dövlətlər zəmanətçi kimi çıxış edəcək, Rusiyanın Ukraynanın torpaqlarını nəzarətdə saxlaması hansı çərçivədə bitəcək və s: “Ona görə də bu siyasi gündəlikdə olan məsələlər dünyanın siyasi ekspertlərini, hərbi mütəxəssislərini düşündürür. Ancaq Rusiya öz geosiyasi ambisiyalarından geri çəkilmir və Ukraynada müdafiə qabliyyətinin gücləndirilməsi, həm də əhalinin təxliyyəsinin həyata keçirilməsi, əks-hücum əməliyyatlarının icrasında maraqlıdır, eyni zamanda Qərb ölkələrindən daha böyük həcmdə hərbi humanitar yardımı tələb edir. Bununla yanaşı siyasi və iqtisadi dəstəkdə də maraqlıdır.

Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar paketi uzun müddətə hesablanıb. Buna görə də çox qısa zaman kəsiyində Rusiyanın iqtisadi zəmində geriləməsini gözləmək də doğru olmaz. Çünki Rusiyanın güclü iqtisadi rezervləri və ehtiyatları var. Buna görə də müharibə uzanır. Regional maraqları olan dövlətlər də öz maraqları təmin olunmayana qədər bu prosesdən çəkilmirlər. Bu baxımdan müharibənin uzanması bölgə xalqlarına mənfi təsir göstərir və ərzaq təhlükəsizlik seqmentini mənfi məcraya yönəldir. Həmçinin ərzaq tədarükündə böyük problemlər yaranır və nəticədə kənd təsarrüfatında bir çox çatışmamazlıq əmələ gəlir. Dünyada qlobal iqtisadiyyatda resessiya müşahidə olunur, valyuta nüfuz itirir və infilyasiya müşahidə olunur. Buna görə də məhz nizamın qorunmasına, sülhün yaranmasına və ortaq dəyərlər əsasında təhlükəzliyin gücləndirilməsinə böyük ehtiyac vardır. Ukrayna öz seçimini edib, Avroatlantika sturukturunda maraqlıdır, eyni zamanda NATO-nun və Avropa İttifaqının üzvü olmaq istəyir. Lakin belə görünür ki, postmüharibə dövründə Avropa İttifaqının Ukraynaya üzv ola biləcək amma sərhədlər daxiilində hansı formada olacağını biz gələcəkdə görə biləcəyik. Döyüş teatrında hərbi əməliyyatlar davam etdirilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə