YAP Sabunçu rayon təşkilatında Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan olundu. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olan əsgər və zabitlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə millət vəkili Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, müahribə iştirakçıları, qazilər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirdi ki, ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Daha sonra çıxış edən millət vəkili Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov çıxış edərək bildirdilər ki, müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib Ordu kimi adını həkk etdirdi.Tədbirin sonunda Vətən müharibəsində iştirak etmiş bir qrup hərbiçi Azərbaycan Respublikası Prezidenti adından medallarla və YAP Sabunçu rayon təşkilatı adından hədiyyələrlə təltif olundular.

Daha sonra xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...