"Azərbaycanın inkişafında Ulu Öndərin rolu danılmazdır" - DEPUTAT ŞƏRH ETDİ

“1993-cü ilin iyununda ölkəmizdə ümumi böhran yarandı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, dövlət müstəqilliyinin itirildiyi, vahid ölkəmiz parçalanmağa başladığı və vətəndaş müharibəsinin astanasında qaldığı bir zamanda Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi: “Prezident Əbülfəz Elçibəy heç kəsə xəbər vermədən Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdikdən sonra ölkədəki şərait daha da pisləşdi. Ona edilən müraciətlər nəticə vermədi. Ona görə də parlamentdə prezident səlahiyyətinin icrası Ümummilli Lider Heydər Əliyevə verildi. Beləliklə də Heydər Əliyev Parlmentin sədri kimi Prezident səlahiyyətlərini icra etməyə başladı. Bununla ölkəmizin ümumi böhrandan çıxarılması üçün ilk addımlar həyata keçirildi. Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra ölkədə nizam bərqərar oldu, vətəndaş müharibəsinə son qoyuldu. Heydər Əliyevin başçılığı ilə ölkəmiz xeyli inkişaf etdi. Azərbaycanın inkişafında Ulu öndər Heydər Əliyevin rolu danılmazdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə