Ağdaşda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib FOTOLAR

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə Ağdaş Magistral Qaz Kəmərləri sahəsi ərazi partiya təşkilatında “Müzəffər Ordunun Zəfər təntənəsi” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Vətən müharibəsində Ağdaş rayonunun ilk şəhidi Siyasət Mustafayevin xatirəsinə yaradılmış bulaq-park xatirə kompleksini ziyarət etmiş və ailə üzvləri ilə görüşmüşlər. Eyni zamanda, Ağdaş Magistral Qaz Kəmərləri sahəsində şəhidlərə həsr olunmuş xatirə lövhəsinə baxış keçirilmişdir. Ağdaş Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında baş tutan konfransda ilk olaraq Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.

Konfransı giriş sözü ilə açan Ağdaş Magistral Qaz Kəmərləri sahəsi ərazi partiya təşkilatının sədri Elşən Rəcəbov mövzu haqqında ümumi məlumat verərək qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə öz təbriklərini çatdırdı. Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Silahlı Qüvvələrin yaranma tarixi, ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün startegiya nəticəsində dünyanın əlli ən güclü ordusundan birinə çevrildiyi haqqında geniş məlumat verdi. Rəşadətli Ordumuz 44 gün ərzində 30 illik işğala son qoydu və torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm Zəfərə imza atdı.Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov konfrasda çıxış edərək Birinci Qarabağ müharibəsi ilə 44 günlük Vətən müharibəsini müqayisə etdi. Birinci Qarabağ müharibəsi zamanı vahid komandanlığın olmaması, ölkədəki hakimiyyət özbaşınalığı səbəbindən torpaqlarımız işğala məruz qaldı və Azərbaycan 30 ilə yaxın bir müddət ərzində işğaldan əziyyət çəkdi. Lakin 44 günlük Vətən müharibəsi zamanı xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində Azərbaycan dövləti parlaq Zəfər qazandı. Konfranda çıxış edən şəhid atası Akif Mustafayev, partiya fəallarından Azər Şavəddinov və Anar Rəsulov Azərbaycan Ordusunun gücündən, ölkədə ordu quruculuğuna göstərilən dövlət qayğısından söz açdılar. Çıxışçılar Azərbaycan Ordusunun bundan sonra da güclənəcəyini və Vətənimizin ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanacağını, eyni zamanda rəşadətli ordumuzla fəxr etdiklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...