YAP Cəlilabad rayon təşkilatının əməkdaşları şəhid Fərid Hüseynovun məzarını ziyarət ediblər FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 23 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Bəcirəvan kəndində şəhid Hüseynov Fərid Fətəli oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmişlər. Ziyarətçilər torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə