Azərbaycanın xilaskarı - Ulu Öndər Heydər Əliyev ŞƏRH

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, problemlərlə qarşı-qarşıya idi. Ciddi sosial, iqtisadi problemlər cərəyan edirdi. Azərbaycanın əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi var idi. Sənətdə müstəqillik, idarə etmədə Moskvadan asılılıq... Azərbaycan müstəqilliyini elan etsə də İmperiya öz əlini Azərbaycandan çəkmək istəmirdi, digər tərəfdən bu vəziyyətdən istifadə edib hakimiyyətə gəlmək istəyən qüvvələrin vuruşması... Nəticədə uduzan xalq olur, Azərbaycan olur. Daxildə yaranan vəziyyətdən istifadə edərək düşmənlərimiz tərəfindən torpaqlarımız işğal olunur. Təbii ki, Azərbaycanı belə bir vəziyyətdən yalnız idarəcilyi bilən bir lider çıxarda bilərdi. Belə bir vaxtda xalqımız, Azərbaycan ziyalıları 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər xalqın müraciətinə səs verdi. Ulu öndər bilirdi ki, milli idealogiya olmasa Azərbaycan da olmayacaq. O, 1969-cu ildə birinci hakimiyyət dövründə başladığı və apardığı kommunist idealogiyası ilə paralel azərbaycançılıq idealogiyasını da həyata keçiridi. Ulu öndərin ikinci hakimiyyət dövründə həmin azərbaycançılıq idealogiyasını gündəmə gətirdi. Bununla, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi, və iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın taleyində mühüm hadisə oldu. Ulu öndər Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması belə ayrıca böyük bir tarixdir. Nəticə etibarilə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bəli, 1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, sədr seçildiyi ilk gündən idarəçilikdə şəffaflıq prinsipinə nail oldu. Milli Məclisin iclasları, mətbuat konfransları və digər tədbir və iclaslar birbaşa yayımlanmağa başlanıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. 1993-cü il 24 iyunda keçirdiyi iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri dahi şəxsiyyət Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu da bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi demək idi. Ulu öndər Heydər Əliyev öz fəaliyyətini ilkin olaraq ölkədə islahatların aparılması ilə başladı. Ölkənin bütün sahələrində: elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadi və siyasi sahələrdə böyük islahatlara başlandı. Ulu öndərin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu sahəsində mühüm qərarlar, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Ordu quruculuğu sahəsində daha böyük islahatlara başlandı. Məhz bugünkü qələbəmiz həmin islahatların nəticəsidir. Ulu öndərin apardığı islahatlar uğurla həyata keçirilirdi, çünki ədalətlilik prinsipinə əsaslanırdı. Dövlət quruculuq işinə xüsusi diqqət yetirirdi.10 il prezidentlik dövründə ulu öndər Heydər Əliyev xalqına misilsiz xidmətlər göstərdi. Ölkəmizdə ictimai-siyasi vəziyyət düzəldi. Ulu öndərimiz hər zaman söyləyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu da onun uzaqgörən siyasətin nəticəsi idi. 2003-cü ildə xalqına müraciət edərək cənab prezident İlham Əliyev haqqında belə demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm.”Budur, 44-günlük müharibənin nəticəsi ilə, Zəfəri ilə cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi və xalqının etimadını doğrutdu.Ulu öndər Heydər Əliyevin haqqında fəxrlə onu deyə bilərəm ki, bəşər tarixində nadir rast gəlinən haldır ki, siyasi liderlik keyfiyyətlərini bir dövlət adamı özündə birləşdirsin. İndi Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafında uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.Biz bu qələbəyə görə müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgərlərimizə, zabitlərimizə, qazilərimizə ömrümüzün sonuna qədər borcluyuq. Biz qalib ölkənin qalib vətəndaşıyıq. Bizim üç rəngli bayrağımız Qarabağımızda, Şuşamızda dalğalanır. Ulu öndər bilirdi ki, cənab Prezident İlham Əliyevə arxalanaraq bu günün gələcəyini görürdü və cənab Prezident bu günü bizə qismət elədi. Bu gün ümummili lider Heydər Əliyevi biz anaraq onun ruhu qarşısında baş əyirik. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yaşasın müstəqil Azərbaycan dövləti! Yaşasın Ali Baş Komandan İlham Əliyev! Ulu Öndərimizin ruhu şad olsun!

Şəhla Xəlilova

YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...